Slimfit
  1. TEXNOLOGİYA

Microsoft şirkəti ağıllı selfi güzgünü təqdim etdi

Microsoft şirkəti ağıllı selfi güzgünü təqdim etdi
Sakura

Microsoft şirkəti ağıllı selfi güzgünü təqdim etdi

Microsoft şirkəti H&M mağazalar şəbəkəsi ilə birlikdə öz yeni məhsulunu təqdim edib. Söhbət ağıllı selfi güzgüdən gedir. Bu interaktiv güzgü müştərilərə qarderob seçimində, selfi foto çəkimində və ən əsası sərfəli alış-verişin edilməsində yardımçı olur. Bu qeyri-adi cihaz Microsoft Azure bulud servisinin gücü əsasında çalışaraq səsi və görüntünü təyin etməyi bacaran alqoritmlərdən ibarətdir. İlk öncə güzgü müştərini kamera ilə təyin edir və onunla salamlaşır.

    Müştəri həmçinin güzgüdən yeni geyimdə selfi foto və ya yeni geyim tərzinin seçilməsində yardım istəyə bilər. Beləliklə çəkilmiş foto filtrlər vasitəsilə emal olunur və onu məşhur jurnalın üz qabığı tərzində yaradır. Ən yaxşı fotonu seçərək müştəri QR kod vasitəsilə fotonu sosial şəbəkələrdə paylaşa bilər. Əgər müştəri güzgüdən yeni geyim tərzi barədə köməklik istəsə, onda güzgü müştəri üçün ən uyğun geyim modelini seçəcək və xüsusi kod vasitəsilə müştəriyə endirimlər və xüsusi təkliflər barədə məlumat verəcək.

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR