Dərc edildi: Baxış sayı: 564
“Microsoft” öz məhsullarında 88 boşluğu aradan qaldırıb
Microsoft şirkəti "Windows" əməliyyat sisteminin müxtəlif versiyaları və başqa məhsullarında 88 boşluğu aradan qaldıran planlaşdırılmış yenilənmə paketi çıxarıb.
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, həmin boşluqlardan 21-i "kritik", 66-sı "vacib" və 1-i isə "orta təhlükə dərəcəsinə" malik kimi qiymətləndirilib.
Kritik statusa malik boşluqlar "Microsoft Edge" brauzerində "Chakra Scripting Engine" (9 boşluq) mühərrikini, "Microsoft Scripting Engine" (4), "Hyper-V" (3), "Microsoft Speech API" texnologiyalarını, həmçinin "Edge" və "Internet Explorer" brauzerlərini əhatə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət