Slimfit
  1. TEXNOLOGİYA

Microsoft Outlook necə qurulur – TEDassistant

Microsoft Outlook necə qurulur – TEDassistant
Sakura

Microsoft Outlook necə qurulur – TEDassistant

TED.az olaraq tərtib etdiyimiz TEDassistant rubikası ilə texnoloji sahədə ən yaxın bələdçiniz olmağa çalışırıq.

Oxucuların istəyini nəzərə alaraq bugünkü sayımızda kompüterdə Microsoft Outlook-u necə quraşdırmaq olar – təlimat-yazı təqdim edirik.                                               

Microsoft Outlook, Microsoft şirkəti tərəfindən istehsal olunan şəxsi məlumatları, poçt əlaqələrini idarə edə, poçt ala və göndərə, təqvim və telefon qeydlərini, kontaktları sinxronizə edə biləcəyimiz bir proqramdır. Proqram bu mövzuda iş yerlərində, məktəblərdə, banklarda, rəsmi ofislərdə istifadə edilir.

Proqramı bu LİNKDƏN yükləyə bilərsiniz.

Bildirək ki, proqram lisenziyalı olduğu üçün ödəniş etməli olacaqsınız. Kompüterinizdə Outlook-u quraşdırdınız. İndi isə konfiqurasiya etmək üçün yuxarıdakı şəkildə təsvir olunmuş ilk addıma başlayırıq. Prossesə Outlook> Alətlər> Hesab parametrləri addımları ilə davam edirik.

Elektron poçt ünvanını əlavə etmək üçün "YENİ" düyməsinə basaraq əlavə edin.

Daha sonra Microsoft outlook hesabı qurulmasına davam edirik, "Server parametrlərini və ya əlavə server növlərini əl ilə tənzimləyin" hissəsinə toxunun.

Baxış hesabı qurma addımında "İnternet E-Mail" addımını qeyd edin və "İrəli" düyməsi ilə növbəti mərhələyə keçin

Quraşdırdıqdan sonra outlook-da hansı adla görünəcəksə adlandırırıq. E-poçt adresinizi, server məlumatlarınızı yuxarıdakı şəkildəki kimi doldurun və şifrəni daxil edin. Sonra "Digər parametrlər" simvolunu istifadə edirik.

Digər Parametrlər> İnternet E-poçt Parametrləri> gələn, gedən server, əlaqə, inkişaf etmiş parametrləri konfiqurasiya edin. Gələn server (pop3) 995 və Gedən server (smpt) = 465 olaraq təyin edin.

Beləcə Microsoft Outlook uğurlu şəkildə quruldu. Artıq e-poçt mesajlarını asanlıqla göndərə/qəbul edə bilərsiniz. F9 ilə yeni poçtu yoxlaya bilər və ya vaxtı ayarlayaraq mesajların inboxa düşməsi üçün vaxt müddətini özünüz təyin edə bilərsiniz.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR