Slimfit
  1. DÜNYA

"Microsoft" məhsullarının lisenziyasını paylayacaq şirkət məlum olub

"Microsoft" məhsullarının lisenziyasını paylayacaq şirkət məlum olub
Sakura

"Microsoft" məhsullarının lisenziyasını paylayacaq şirkət məlum olub

“Ümumdünya Data Korporasiyasının (IDC) 2015-ci il üçün hazırladığı hesabata görə Azərbaycanda istifadə olunan proqramların 84%-i piratdır”.

Bunu “Report”a "Microsoft Azərbaycan"ın rəhbəri Sərxan Həşimov deyib.

Onun sözlərinə görə, 2017-ci ildə bu sahədə irəliləyiş qeydə alınıb: "Bu proqramların əksəriyyətini "Microsoft"un proqramları təşkil edir. Son hesabatda isə 2017-ci il üzrə bir qədər irəliləyiş var və bu da Nazirliklə əməkdaşlığımızın nəticəsidir. Hazırda bu rəqəm 81%-dir. Məqsədimiz bu rəqəmi daha da yaxşılaşdırmaqdır".

"Microsoft Azərbaycan"ın rəhbəri qeyd edib ki, təmsil etdiyi şirkətin məhsullarının lisenziyası hökumətə xüsusi qiymətlə təqdim edilir: "Burada tərəfdaşımız "Azintelecom"dur. Tezliklə tərəfdaşımız nəinki lisenziyaların paylanmasını, eyni zamanda tətbiqini də həyata keçirəcək. Paylanma ilə beynəlxalq reytinqləri yaxşılaşdırmaq mümkün deyil. Onlar tətbiq edilməlidir və analiz olunmalıdır ki, əvvəlki proqram təminatı infrastruktura zərər vurubmu?".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR