Slimfit
  1. TEXNOLOGİYA

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoymağa nail olub

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoymağa nail olub
Sakura

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoymağa nail olub

“Microsoft” şirkəti 3 ildə ilk dəfə kapitallaşma dəyərinə görə “Alphabet” şirkətini üstələməyə müvəffəq olub. “Windows” istehsalçısı və “Google” şirkətinin bazar qiymətindəki fərq təxminən 10 milyard dollar təşkil edib.

ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, NASDAQ birjasında ticarət əməliyyatlarının yekunlaşması zamanı “Microsoft” korporasiyası 749 milyard dollar dəyərində qiymətləndirilib, halbuki “Alphabet”in göstəricisi 739 milyard dollar təşkil edib. Beləliklə, “Microsoft” dünyada üçüncü ən bahalı şirkət olub, “Alphabet” isə dördüncü yerdə qərarlaşıb. Reytinqin ilk pillələrində müvafiq olaraq “Apple” və “Amazon” şirkətləri qərarlaşıb.

2004-cü ildə birjaya çıxmış “Google” şirkəti 8 il sonra ilk dəfə 1986-cı ildə maliyyə bazarında çıxış etmiş “Microsoft” korporasiyasını ötə bilmişdi. Növbəti illərdə rəqib şirkətlər reytinqdə tez-tez yerlərini dəyişirdilər. Ancaq son 1 ildə “Microsoft” şirkətinin səhmləri 40% bahalaşıb ki, bu da axtarış sisteminin səhmlərindən 5 dəfə daha bahadır.

Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR