“Microsoft” istifadəçilərdən “Internet Explorer”dən istifadə etməməyi xahiş edir
“Microsoft” şirkəti “Windows 10” əməliyyat sistemi üçün “Edge” adlı müasir brauzer təqdim etməklə “Internet Explorer” brendinin sonunu gətirib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Microsoft” şirkətində “Windows” bölməsinin kibertəhlükəsizlik üzrə eksperti çalışan Kris Cekson bu yaxınlarda "Internet Explorer brauzerindən istifadə riskləri" adlı məqalə dərc edib. O, məqalədə “Internet Explorer” brauzerindən istifadəni dayandırmağı xahiş edir.
Əksər istifadəçilər “Chrome”, “Firefox” və ya “Edge” brauzerinə keçdikləri halda, biznes istifadəçilərin bəziləri indiyədək “Internet Explorer”dən istifadə edirlər. “Microsoft” korporativ istifadəçiləri köhnə proqramları təkmilləşdirməyə vadar etmək üçün ən müxtəlif üsullara əl atıb, lakin İT administratorları heç nəyi dəyişdirməmək və “Internet Explorer” brauzerini saxlamağa üstünlük verirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət