Slimfit
  1. MARAQLI

Microsoft əməkdaşları xoşbəxt etmənin yolunu tapıb

Microsoft əməkdaşları xoşbəxt etmənin yolunu tapıb
Sakura

Microsoft əməkdaşları xoşbəxt etmənin yolunu tapıb

Microsoft şirkəti korporasiya daxilində araşdırma aparıb və xoşbəxt işçini bədbəxt olandan fərqləndirən halı ortaya çıxarıb.

Araşdırmaya qədər Microsoft analitikləri belə hesab edirdilər ki, xoşbəxt olmayan əməkdaşlar daha çox digərlərinə nisbətən çox işləyənlər və şəxsi həyatlarına ayırmağa vaxtları olmayanlardır. Amma nəticələr bunu təsdiqləməyib.

Xoşbəxt olmayan işçilər orta hesabla həftədə 27 saat gündəlik planlı görüşlərdə iştirak edirlər. Onlardan yalnız üçü belə görüşlərin səmərəli olduğunu deyib.

“Biznesinizi inkişaf etdirən və ona pul qazandıran insanlar problemləri müzakirə etməyi deyil onları həll etməyi xoşlayırlar. Bunun üçün onlara problemlərin həll yollarını düşünməyə və onları təhlil etməyə görə vaxt lazım olur. Təklikdə beyin tam gücüylə daha yaxşı işləyir, bu olmayanda isə işçilər sadəcə başqa şirkətə gedirlər” – “Məni qov” adlı kitabın müəllifi marketoloq Robbi Abed bildirir.

Araşdırmaçılar ciddi ehtiyac olmadığı halda bütün belə görüşləri ləğv etməyi məsləhət görürülər. Ehtiyac olarsa isə, o zaman problemin həlli ilə birbaşa əlaqəsi olan insanları toplamaq lazımdır. Gündəlik deyil, ancaq əsas olduğu halda görüşlər keçirmək lazımdır.

Bu, görüşü keçirən üçün də böyük məsuliyyətdir, belə ki, o, məşqçilik bacarıqlarını nümayiş etdirməli və informativ olmalıdır. Müzakirələr isə boşboğazlığa çevrilməməlidir – hər bir toplantı müəyyən qərarın qəbul edilməsinə həsr olunmalıdır. Çoxlu boş-boş söhbətlər çoxlu da xoşbəxt olmayan əməkdaş deməkdir. Araşdırmaçılar belə hesab edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR