Slimfit
  1. AZƏRBAYCANLI

Miçiqanda xəstəxanası olan yeganə azərbaycanlı! - Azərbaycanda iş tapa bilməyib, ABŞ-a gedib...

Miçiqanda xəstəxanası olan yeganə azərbaycanlı! - Azərbaycanda iş tapa bilməyib, ABŞ-a gedib...
Sakura

Oqtay Məmmədov! Ərazisi Azərbaycandan dörd dəfə böyük olan Miçiqan ştatında yeganə azərbaycanlıdır ki,…

Oqtay Məmmədov! Ərazisi Azərbaycandan dörd dəfə böyük olan Miçiqan ştatında yeganə azərbaycanlıdır ki, özəl klinikası var…
 
O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1989-cu ildə 111 nömrəli məktəbdə orta təhsilini bitirib. Elə həmin il də indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1996-ci ildə oranın cərrahiyyə fakültəsində həkim-cərrah ixtisasına yiyələnib. Bir sıra xəstəxanalara müraciət etsə də, öz peşəsinə uyğun iş tapa bilməyib. İşsiz qaldığından, güzaran qurmaq üçün Dubaya yollanıb. Burada bizneslə məşğul olub...
 
1999-cu ildə Kanadaya yola düşüb. Azərbaycandan gətirdiyi həkimlik diplomu bu ölkədə tanınmadığından, özəl klinikalardan birinin laboratoriyasında laborant kimi çalışıb. Yeddi il işlədikdən sonra ixtisasartırma kurslarını keçərək, tələb olunan test imtahanlarında müvəfəqiyyət qazanıb, nəhayət arzusuna nail olub. Kanadanın, Amerika Birləşmiş Ştatlarının bir sıra klinikalarına CV göndərib. Nəticədə, çox yerdən dəvət alıb, amma o, ABŞ-ı seçib… 
 
 
2006-cı ildə ABŞ-ın Merilənd ştatına yollanıb. Ştatın Baltimor şəhərində, ölkənin ən məşhur tibb universitetlərindən biri - Johns Hopkins-in nəzdində olan klinikada üç il daxili xəstəliklər rezidenturasında təhsilini davam etdirib, yuxu xəstəlikləri üzrə həkim ixtisasına yiyələnib...
 
2009-cu ildə təhsil təqaüdü udaraq oradan Miçiqan ştatının Detroit şəhərindəki, XIX əsrdən fəaliyyətə başlamış Henri Ford klinikasına yol tutub, burada bir il kurs keçdikdən sonra müsabiqə yolu ilə özəl klinikalar şəbəkəsinin fəaliyyətinə nəzarət edən icraçı direktor vəzifəsinə təyin olunub, şəhərin beş klinikasına rəhbərlik ona tapşırılıb. 2016-cı ilədək həmin vəzifədə çalışıb...
 
2016-cı ildə Miçiqanın Est Lansing şəhərinə köçüb. Burada o, yuxu xəstəlikləri üzrə özəl klinika yaradıb və bu günədək həmin klinikaya rəhbərlik edir…
 
Deyir ki, qoy bütün Azərbaycan bilsin, kimin yolu Miçiqana düşərsə, gözüm üstə yeri var, canla-başla xidmətində durmağa həmişə hazıram…
 
Ömür-gün yoldaşı Zemfira xanımın babası Bəşir İmanov DTK-nın nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb. 1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, general-mayoru bu vəzifədən uzaqlaşdırıb, Azərbaycan Dəmiryol Milis İdarəsinin rəisi təyin ediblər…
 
 
Zemfira xanım Bakı Tibb Texnikumunu bitirib. Bir müddət səhiyyənin fizoterapiya sahəsində çalışıb. İşləyə-işləyə ali təhsil alıb, iqtisadçı ixtisasına yiyələnib. Fəqət, yeni ixtisası üzrə çalışmağa macal tapmayıb. ABŞ-dan gələn Oqtay Məmmədov onunla evlənərək özüylə Amerikaya aparıb. Evdar xanımdır. Böyük oğlu Elnurun 9, qızı Kamillanın 4, evin sonbeşiyi Kamranın isə 2 yaşı var…
 
Oqtay həkim deyir ki, bu gün mənim ən böyük arzum, uşaqları böyüdüb, onlara yüksək təhsil verməkdən ibarətdir. "İstəyirəm ki, onlar cəmiyyətdə öz yerlərini tuta bilsinlər, millətə-xalqa baş ucalığı gətirsinlər…"
 
Müəllif: Elman Eldaroğlu,
ABŞ, Miçiqan 
 
Mənbə: Medicina.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR