Slimfit
  1. TƏBİƏT

Məzar qartalı

Məzar qartalı
Sakura

Məzar qartalı

Mazar qartalı.jpg

 

Məzar qartalı (lat. Aquila heliaca) - qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

  • Status. Sayı az olan və getdikcə azalan nadir növdür.
  • Yayılması. Yay vaxtı Alazan çayı vadisində, Şəki və Xaçmaz düzənliklərində, qismən də respublikanın bəzi dağətəyi rayonlarında olur. Qışda Muğan, Salyan və Lənkəran düzənliklərində təsadüf edilir. Əsas qışlaq yeri Afrikadır.
  • Yaşayış yeri. Açıq sahələrlə növbələşən seyrək meşələrdə yaşayır.
  • Təbiətdə sayı. Dəqiq məlumat yoxdur. Adətən 200 – 250 km məsafədə bir cüt məzar qartalına təsadüf olunur.
  • Çoxalması. Ağacda yuva tikir. Azərbaycan üzrə dəqiq məlumat yoxdur. Başqa populyasiyalardan məlumdur ki, hər cütün yuva sahəsi daimidir. Bir yuvadan bir neçə il ardıcıl istifadə edir. Aprel ayında 2 - 3 yumurta qoyur. Balalarını 11 həftə yuvada bəsləyir.
  • Rəqibi, düşməni, xəstəliyi. Quzğun, boz qarğa, çalağan və leş qartalı ilə qida rəqabətinə girir.
  • Sayının dəyişilmə səbəbləri. Uzun müddət insan tərəfindən təqib edilməsi, yuvalaması üçün əlverişli yerlərin azalması, qida bazasının zəifləməsi və gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunda səhvlərə yol verilməsi məzar qartallarının sayının azalmasına səbəb olmuşdur.
  • Qorunması üçün zəruri tədbirlər. Yuvaladığı konkret yerləri müəyyən edib nəzarət altına almaq, yırtıcı quşların qorunmasını geniş təbliğ etmək lazımdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR