Dərc edildi: Baxış sayı: 533
Məzahir Pənahov: “Guya mən polisi vaxtından qabaq tərifləmişəm”
“Belə fikirlər var ki, guya mən polisi vaxtından qabaq tərifləmişəm”.
Oxu.Az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O əlavə edib ki, polisin qanuni hərəkəti heç kimi narahat etməməlidir:
“Görüntülərə baxın. Polis səs-küy olan məntəqələrə gəlib, orada söhbət aparır. Tək bir faktı mənə göstərdilər ki, orada polis hücuma məruz qalır”.
M.Pənahov MSK üzvlərinə də çağırış edib:
“Sizlər vətəndaşlıq mövqeyi nümayiş etdirməli və mənim dediyimin kontekstdən çıxarılmasına etiraz etməli idiniz”.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət