Slimfit
  1. SİYASƏT

Məzahir Pənahov: 'Əlimizdən gələni etmişik ki, heç bir problem olmasın'

Məzahir Pənahov: 'Əlimizdən gələni etmişik ki, heç bir problem olmasın'
Sakura

Məzahir Pənahov: 'Əlimizdən gələni etmişik ki, heç bir problem olmasın'

"Seçki məntəqələri seçkilərin ən yüksək səviyyədə keçirilməsinə hazırdır. Son günlərdə bütün ölkə üzrə 5049 məntəqənin hamısı yoxlanılıb".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda seçkilərdə ilk dəfədir yeni nəsil şəxsiyyət vəsiqələri istifadə olunur. 

MSK sədrinin sözlərinə görə, hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparılıb: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün seçki dairələri və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir. Ona görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu dünyanın bütün yerlərində belədir) onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR