Meyvə, yoxsa meyvə suyu?
Meyvə bir çoxlarının tez-tez istifadə etdiyi, hətta olmazsa olmazı, bəzilərinin isə ümumiyyətlə yaxın durmadığı qidadır. Bəzi insanlar da var ki, meyvə yemək əvəzinə onun suyuna daha üstünlük verir.
Bəs görəsən meyvə yemək, yoxsa onun şirəsini içmək daha faydalıdır?
Foodinfo.az bu sualının cavabını tapmaq üçün qısa araşdırma edib. Həmin araşdırmanı təqdim edirik.
Çoxsaylı araşdırmalar sübut edir ki, təzə meyvələrdə C vitamini, betakaroten, E vitamini, selenium, fruktoza (meyvə şəkəri) var. Fruktoza, sağlamlıq baxımından günlük alınması vacib olan enerji miqdarının 15-20 faizini keçməməlidir.
Meyvə suyunun isə əksər insanlar tərəfindən sağlamlıq üçün daha faydalı olduğu qəbul edilir. Lakin heç də belə deyil. Belə ki, meyvə şirəsinin tərkibində yüksək miqdarda kalori və şəkər olduğu üçün sağlamlıq üçün əks təsirlər ortaya çıxara bilir. Hətta 100 faiz təbii meyvədən hazırlanmış təbii meyvə şirəsi olsa belə, bu, həqiqəti dəyişmir. Meyvə şirəsi çox qəbul edildikdə qazlı içkilərdən daha təhlükəli ola bilir. 1 şüşə qazlı içki 550 milliqram meyvə şirəsinə bərabərdir.
Bundan başqa, meyvə şirəsi qandakı şəkər miqdarının tarazlığını pozur və diabet riskini artırır. Həmçinin, meyvə şirəsinin çox qəbulu uşaqlarda artıq çəkinin yaranmasına da səbəb olur.
Meyvələr isə tərkibindəki antioksidantlar sayəsində xərçəng və digər xəstəliklərə qarşı bədənin müqavimətini artırır.
Nəticə olaraq, araşdırmalar sübut edir ki, meyvə şirəsi əvəzinə meyvə istifadə edilməsi daha faydalıdır. Meyvə şirəsi əvəzinə bitki çayları və şəkər əlavə olmayan tərəvəz şirəsinə üstünlük vermək məsləhət görülür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət