Slimfit
  1. MARAQLI

Meyitlərdən pul qazanmaq yolu

Meyitlərdən pul qazanmaq yolu
Sakura

Meyitlərdən pul qazanmaq yolu

“Çernobıl” serialı planetin zəhər tuluğu olan bu məkanı ziyarətgaha çevirib. Hazırda dünyanın müxtəlif ölkələrindən buraya insan axını var.

Ümumiyyətlə, çağdaş dünya insanının mədəniləşmə prosesi çox qanlı və praqmatik getdiyi üçün bu gün hətta sivil cəmiyyətdə də aqressiya, hegemon olmaq arzusu müşahidə edilir. İnsanlıq artıq başqa insanların faciəsi üzərindən pul qazanmağa və başqalarının faciəsindən zövq almağa başlayıb. Məsələn, okeanın dibində “Titanik” gəmisini yarım əsr axtardılar və tapandan sonra məlum oldu ki, gəmini sərgiləyib pul qazanmaq üçün axtarırmışlar.

Yaxud da muzeylərdə kəllə sümükləri, işgəncə alətlərinin nümayişi keçirilir.

İndi isə Çernobıla kütləvi turlar təşkil olunur. Onminlər, bəlkə də yüzminlərlə insanın faciəsi artıq istirahət, səyahət obyektinə çevrilib.

Əslində dünyanın müxtəlif ölkələrində bu tip “qanlı festivallar” var. Məsələn, Parisdə yerləşən Katakomba muzeyində 6 milyon insanın kəllə sümüyü sərgilənir. Muzeyə giriş isə 10-15 avrodur.

İtaliyanın Palermo şəhərindəki Kapuçin monastırında minlərlə cəsəd sərgilənir. Bu dəhşətli “açıq qəbiristanlığa” hər il yüzminlərlə turist gəlir.

Yəni dünyaya mədəniyyət dərsi verən iki ölkə - Fransa və İtaliya meyitdən pul çıxarmaqla məşğuldur. Belə deyək, pul qazanmağın ən asan yolunu kəşf ediblər.

Tarixdə ilk muzey eradan əvvəl 4-cü əsrdə, yüzminlərlə insanın öldürüldüyü İsgəndəriyyədə yaradılıb. Muzey elm və sənət mərkəzi olub. Qəribədir ki, burada öldürülən yüzminlərin kəlləsini sərgiləmək ibtidai, quldar babalarımızın ağlına gəlməyib.

Belə muzeylərlə bağlı saxta bir tezis ortaya atılır: “İnsan faciələrini göstərmək üçün yaradılıb”. Nədənsə insan faciələrini göstərən bu muzeylərə giriş pulludur. Yəni tezisin əsli belədir: “İnsan faciələri üzərindən pul qazanmaq üçün muzey yaratdıq”.

Vəhşicəsinə öldürülmüş insanların sümüklərini izləmək həvəsi hansı psixoloji halın nəticəsidir - bu, başqa bir söhbətin mövzusudur.

Ümumilikdə gəldiyimiz nəticə budur: modern dünyada hər şey, hətta belə məqamlarda sənət də insanı qan tökmək, qanı izləmək arzusuna sövq edir.

XXI əsr insanı qapı-qapı düşüb, dünyanın ən gözəl ölüsünü axtarmaqla məşğuldur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR