Slimfit
  1. SİYASƏT

Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi

Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi
Sakura

Meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı müəyyənləşdi

Azərbaycanda meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı açıqlanıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR