Slimfit
Məxmərək
Sakura

Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır

Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir.

 

Xəstəlik dövrü

Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.

 

Müalicəsi

Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür. Ümumi sağalma 14-21 gün çəkir. Məxmərək xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur. Müvafiq tələbat yarandığı halda həkim tərəfindən vitaminlər, zökəm və öskürəyə qarşı dərmanlar təyin edilə bilər.

 

Yoluxma

Məxmərək virusu xəstə adamın burun və boğazında yerləşir.

Sağlam insanın yoluxması:

  • xəstə insanın burunvə ya boğazından gələn seliklə birbaşa əlaqədə olmaq
  • xəstə insanın asqırması və öskürməsi zamanı havayasəpilən viruslardan yoluxma.

Məxmərək infeksiyası hamiləlik zamanı yoluxan qadında ciddi fəsadlar yarada, hətta hamiləliyin pozulmasına gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarında 1964-1965 ci illərdə məxmərək xəstəliyinin geniş yayıldığı bir dövrdə 20.000-dən artıq uşaqda potoloji fəsadlara və 10.000-dən artıq uşaq düşüklərinə rast gəlinmişdir.

 

Yekun

Keçirilmiş məxmərək xəstəliyindən sonra davamlı, ömürlük immunitet yaranır. Xəstəlikdən qorunmağın ən yaxşı yolu peyvəndedilməsindən ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR