Slimfit
  1. SİYASƏT

Metyu Brayza: “Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib” - MÜSAHİBƏ

Metyu Brayza: “Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib” - MÜSAHİBƏ
Sakura

Metyu Brayza: “Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib” - MÜSAHİBƏ

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın (Matthew Bryza) “Report”un Fransa bürosuna müsahibəsi:

- Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Xəzər Həftəsində iştirak etmək üçün İsveçrənin Davos şəhərindəsiniz. Bu qlobal ideyalar platformasında çıxışlarınız zamanı əsasən hansı mövzulara toxunacaqsınız?

- Forum çərçivəsində 3 paneldə iştirakım nəzərdə tutulub. Bunlardan birincisi Xəzər dənizindən təbii qaz kəmərinə həsr olunan paneldir. Daha sonra, Orta Asiyanı Cənubi Qafqaz və dünyanın digər hissələri ilə birləşdirən Xəzər dənizindən keçən ümumi dəhliz panelində və sonda Türkmənistan, Pakistan, Əfqanıstan, Hindistanı əhatə edən təbii qaz boru kəmərinə həsr edilən paneldə öz fikirlərimi bölüşəcəyəm. Mənim mövzum böyük infrastruktur layihələrdir ki, bunlar həm yük, həm enerji resursları, həm də insanların daşınmasını təşkil edir. Ölkələrin həm müstəqil şəkildə, həm də birgə fəaliyyətlərinə yol açan siyasətlər barədə öz rəy və tövsiyələrimi verəcəyəm.

- Azərbaycanda son zamanlar aparılan sosial-iqtisadi islahatlar haqqında nə düşünürsünüz?

- Hesab edirəm ki, iqtisadi böhran, neftin qiymətinin düşməsi və beləliklə, manatın məzənnəsinin zəifləməsindən Azərbaycan Prezidenti 2014-cü ildə bacarıqla istifadə edərək yeni təşəbbüslərə üz tutub və büdcənin tələblərinə adekvat yeni tədbirlərə imza atıb.

Hesab edirəm ki, Azərbaycan Prezidenti bir sıra əhəmiyyətli islahatalar həyata keçirib. Biznesin həyata keçirilməsinin asanlaşdırılması, müştəri xidmətlərinin səmərəliləşdirilməsi üçün vacib olan sənədlərin elektronlaşdırılması həyata keçirilir. Təhsil sistemində islahatlara start verilib, dövlət strukturlarında bir sıra səmərəliləşdirilmə işləri həyata keçirilib. Çox yaxşı haldır ki, islahatlar vergi sisteminə qədər uzanır. Görünür ki, Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib. Azərbaycan hökuməti maliyyə böhranından bəhrələnməyə çalışır. Nazirlər qənaətkar və şəffaf olmaq məcburiyyətindədirlər.

Daha bir əhəmiyyətli islahat siyasi sahəni əhatə edir ki, bu da parlament seçkilərində özünü göstərir. Çox gözəl haldır ki, Azərbaycanda Parlamenti buraxılıb. Burda əsas məqsəd, mənim başa düşdüyüm qədər, gənc nəsli irəli çəkmək, onlara yol verməkdir.

- Azərbaycanın həyata keçirdiyi enerji layihələri barədə fikirləriniz necədir?

- Bir sıra enerji dəhlizləri var ki, əhəmiyyətlidir. Onlar arasında ən çox da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə deyim ki, mən onların strateji xarakterinə inanıram. Şəxsi həyatıma gəldikdə isə, onlar mənim həyatımın axarını dəyişiblər. Onların səbəbindən mənim xanımım bu gün Türkiyədə yaşayır. Öz şəxsi qayğılarımı bir qırağa qoyum. Əlbəttə ki, bu kəmərlərin Azərbaycana olduqca böyük xeyiri dəyib. Ondan başlayım ki, bu kəmərlər Avropanın istər təbii qaz, istərsə də neftlə təmin olunmasına kömək edib.

Bu kəmərlərin Azərbaycanın iqtisadiyyatının yüksəlməsində rolu böyük olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan misli görünməmiş iqtisadi təkamül dövrünü yaşamağa başlayıb.

Ən əsası isə fikrimcə, enerji kəmərlərinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolu böyükdür. Onlar istər fiziki olsun, istərsə də iqtisadi birlik yaratmağa xidmət ediblər. Beləliklə, bu inkişaf sayəsində Azərbaycan Türkiyə, Avropa İttifaqı ilə böyük bazar münasibətlərinə girməyə nail olub. Daha əsas olan isə bu gün Azərbaycanın bu uğurlarını davam etdirə bilməsidir. Bu gün Azərbaycan Trans-Atlantik və Trans-Xəzər icmalarında böyük rol oynayır.

Çox sevindirici haldır ki, Xəzər dənizi vasitəsilə fiber-optik kabelin çəkilişinə başlanıb. ABŞ-ın “Amazon”, “Netflix” və digər aparıcı şirkətləri Cənubi Qafqazda təmsil olunurlar və Orta Asiya istiqamətində irəliləyirlər. Bütün bununla demək istəyirəm ki, dünyanın bu hissəsi özünün ən əlamətdar dövrünü yaşamaqdadır.

- Fikrinizcə, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqmı?

- Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı elə də nikbin fikirdə deyiləm. Amma halbuki, keçən il yaxşı başlamışdı. Ermənistanın baş naziri adama elə təsir bağışlayırdı ki, yeni yoldadır, yeni nəsə eləmək istəyir. Adamda məsələyə yeni yanaşma tətbiq etmək təəssüratı yaradırdı. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı görüşləri də baş tutmuşdu. Liderlər əhalini sülhə hazırlamaq, atəşkəslə bağlı razılığa daha ciddi əməl olunması kimi məsələlər ətrafında fikir mübadiləsi də aparmışdılar. Görünürdü ki, tərəflər qarşılıqlı inam yaratmağa çalışırdılar. Amma sonra nəsə baş verdi. Sizə deyim ki, Ermənistanda bütün siyasi sistem Dağlıq Qarabağ “klan“dan ibarətdir. Paşinyana siyasi hücumlar başladı. Ona hətta hədə-qorxular olundu. Beləliklə, ilin ortalarında o dəyişdi. Ermənistan mənasız bəyanatlar verdi. “Dağlıq Qarabağ müstəqildir” yaxud “Ermənistanın bir hissəsidir“ kimi bir-birinə zidd fikirlər səsləndirməyə başladılar. Dağlığ Qarabağ isə sözsüz ki, Azərbaycanındır. Beynəlxalq hüquq normaları ilə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ona görə də mən bu məsələdə bədbinəm. Çünki, Paşinyanın məcbur olunduğu aydın görünür və bu da məsələnin siyasi həllini qeyri-mümkün edir. Əgər Paşinyan güclü biri olsa təbii ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər. Çünki, mən görmüşəm və bilirəm ki, rəsmi Bakı münaqişənin həllinə nail olmaq üçün danışıqlara hazırdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR