Slimfit
  1. GÜNDƏM

Metronu fasiləsiz enerji ilə təmin etmək üçün dizel elektrik stansiyaları qurulur

Metronu fasiləsiz enerji ilə təmin etmək üçün dizel elektrik stansiyaları qurulur
Sakura

Metronu fasiləsiz enerji ilə təmin etmək üçün dizel elektrik stansiyaları qurulur

Bənövşəyi xəttin Bakı metrosunu qidalandıran elektrik yarımstansiyalarında dizel elektrik stansiyaları qurulur ki, paytaxtın enerji təchizatında kəsinti olan zaman həmin dizel elektrik stansiyaları metropolitenin bütün fəaliyyətini təmin edə bilsin.

Finans.az” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov açıqlaması zamanı bildirib.

Ə.Osmanovun sözlərinə görə, hətta qatarların hərəkəti belə məhdud formada mümkün olacaq.

“O ki, qaldı Qırmız və Yaşıl xətlərə, hansı ki, bu gün onlar işləyirlər. Bu xətlərlə bağlı məsələni biz iki mərhələdə həll etmişik. I mərhələdə fövqəladə vəziyyət üçün kifayət qədər böyük gücə malik olan iki dizel elektrik stansiyası almışıq. Bunların vəzifəsi ondan ibarət olacaq ki, uzun müddət elektrik enerjisi verilişində fasilə yaranarsa subasmanın qarşısını alsın. Belə ki, onlar səyyar formada olacaq və hansı anbarlarda su yığılıb maksimum həddə çatsa gedib oradan suyu xaric edə biləcək. II böyük layihə də ondan ibarətdir ki, “Azərişıq” ASC ilə danışıqlar aparılıb, işlərin nəticəsi olaraq, dövlət tərəfindən pulun I hissəsi artıq ayrılıb və dizel elektrik stansiyası malları alınıb. “Azərişıq” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisi kəsildiyi anda həmin dizellər avtomatik işə düşəcək və eyni kabel ilə metroya elektrik enerjisi ötürəcəklər. Bu da metroda işıqlandırma sistemini, ventilyasiyanı, eskalatorları, suvarma nasoslarının işini tam təmin edəcək. Bundan başqa, qatarların hərəkətini də məhdud formada davam etməyə imkan verəcək”, - deyə baş mühəndis açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR