Metroda həmin düymədən lüzumsuz istifadə etsəz, pul ödəyəcəksiz
Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə iki yüz manat məbləğində cərimə edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət