Slimfit
  1. CƏMİYYƏT

Metroda gediş haqqı artırılır? - Açıqlama

Metroda gediş haqqı artırılır? - Açıqlama
Sakura

Metroda gediş haqqı artırılır? - Açıqlama

Bakı Metropoliteni QSC metroda gediş haqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur:

“Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. “Bakı Metropoliteni” gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. “Bakı Metropoliteni” isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib”.

Qeyd edək ki, sonuncu dəfə “Bakı Metropoliteni“ndə gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gediş haqqı 20 qəpik idi.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR