Dərc edildi: Baxış sayı: 521
Metro stansiyasına general Polad Həşimovun adı veriləcək? - RƏSMİ
Sosial şəbəkələrdə metronun hansısa stansiyasına Tovuz hadisələri zamanı şəhid olmuş general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir.
Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu “Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb:
“Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti nəzarət edir. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət