Metro ilə bağlı yeni xəbər
Gün ərzində Bakı metropolitenindən istifadə edən vətəndaşların bir çoxu stansiyalarda zibil qutularının olmamasından şikayətlənirlər.
Vətəndaşların bəziləri bunun təhlükəsizlik tədbirləri baxımından düzgün addım olduğunu desələr də, bir çoxu bu zibil qutularının olmasının sanitariya baxımından vacibliyini vurğulayır.
Ens.Az-ın xəbər verir ki, mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlama verib. Bəxtiyar Məmmədov metro stansiyalarda zibil qutularının qoyulmasının sanitar-gigiyenik olaraq mənfi nəticələr doğuracağını bildirib.
"Metro stansiyalara zibil qutularının qoyulması sanitar-gigiyenik baxımdan sadə və əlverişli görünsə də, elə deyil. Zibil qutularının stansiyalara qoyulması virusların yayılmasına və anti-sanitar vəziyyətin digər xəstəliklərin meydana gəlməsi ilə nəticələnə bilər. Bu metropolitenin iş rejiminə də mənfi təsir göstərər. Biz metrodan istifadə edən sərnişinlərə davamlı müraciət edirik ki, hansısa zibil tullantısı və çirklənmə görsələr bizə məlumat versinlər. Sanitar-gigiyenik normalar da daxil olmaqla, təhlükəsizlik tədbirlər baxımından da zibil qutularının qoyulması tövsiyə olunmur. Dünya metropolitenlərində də bu məsələyə həssas yanaşılır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət