Slimfit
  1. MARAQLI

Meteorit zərbəsindən insan ölümü ilk dəfə təsdiqləndi

Meteorit zərbəsindən insan ölümü ilk dəfə təsdiqləndi
Sakura

Alimlər bir insanın ilk dəfə meteoritdən ölümünü təsvir ediblər

Bir meteoritdən öldüyü dəqiq olaraq qeydə alınan ilk şəxs 19-cu əsrdə İraq ərazisində yerləşən kiçik bir kənddə yaşayıb. Ens.az bildirir ki, alimlər bu hadisənin təsdiqini bir neçə il əvvəl rəqəmləşdirilmiş Türkiyə Prezidentinin arxivlərində tapıblar.

Türkiyə və ABŞ-dan olan elm adamları, meteorit zərbəsindən insan ölümünün təsdiqlənmiş ilk sənədli sübutunu tapıblar.

Rəsmi elmdə insanların üzərinə düşən meteoritlərdən öldüyü barədə etibarlı sübuta rast gəlinmir. Belə hadisələr haqqında xəbərlər bəzən yayılsa da, sonradan yanlış və ya saxta olduğu ortaya çıxır. Məsələn, 2016-cı ildə Hindistanın Tamil Nadu əyalətində kiçik bir meteoritdən insan ölümü ilə bağlı ilk hadisənin qeydə alındığı xəbəri bütün dünyanı özünə cəlb etdi.

Hindistan mediası bu xəbəri yaymışdı: guya 6 fevralda özəl mühəndislik kollecinin şəhərciyinə kiçik bir meteorit düşüb.

Yaxınlıqdakı binaların və avtobusların şüşələrini zədələyən  partlayışa səbəb olub. Partlayış nəticəsində üç nəfər yaralanıb, biri - yolun kənarında su içən avtobus sürücüsü həlak olub.

Daha sonra partlayışdan qalan krateri araşdıran hind astrofizikləri partlayışa meteoritin səbəb olduğunu təsdiqləmədilər. Krater fotolarını təhlil etdikdən sonra NASA mütəxəssisləri kraterin yerdəki əldəqayırma  partlayıcı qurğunun partlaması nəticəsində yarana biləcəyi qənaətinə gəldilər. 

ABŞ-ın Alabama ştatındayaşayan bir sakinin 1954-cü il 30 noyabr tarixində düşmüş  meteorit tərəfindən travma alması  və Çelyabinsk meteoritinin zərbə dalğasından Uralda bir neçə sakininin yaralanması məlumdur.

Ancaq indi, 1888-ci ildə baş vermiş insidentin insanın meteoritdən öldüyü ilk etibarlı  hadisə kimi qəbul olunur. Egey Universitetinin (İzmir) alimləri və ABŞ-dan olan həmkarları, Ames Araşdırma Mərkəzi (NASA) və SETI İnstitutu, sözügedən hadisənin təsvirini bir anda üç mənbədə tapmağı bacardılar.

Sənədlər Osmanlı trükcəsində olan 5 milyon sənədin arasında Türkiyənin dövlət prezident arxivində tapılıb. Qeyd edək ki, bu sənədlər son illərdə rəqəmsal hala gətirilmişdi. 

İlk sənəd - hal-hazırda İraqın şərqində yerləşən Süleymaniyyə şəhərinin hakimiyyəti  tərəfindən tərtib edilmiş  məktub hadisənin tarixini göstərir - 22 avqust 1888, 20.30. Bu məlumatda atmosferdə baş verən   partlayış və sonradan bir neçə meteoritin yerə düşməsi barədə danışılır.

Meteoritdən gələn tüstü izinin adı İraqın müasir xəritələrində yer almayan və bəlkə də bir çox onilliklər ərzində adı dəyişmiş Dilaver kəndi istiqamətində getdiyi, bildirilir.

Oxşar hadisə bu gün Güləmbər adlanan Xurmal kəndinin sakinləri tərəfindən də müşahidə edilmişdir.  Bu bölgədə partlayışdan sonra, təxminən on dəqiqə ərzində "yağış kimi" yağan meteoritlər düşüb.

Nəticədə bir nəfər ölüb, daha bir insan yaralanıb və iflic vəziyyətində qalıb.

Dilaver kəndinin sakinləri eyni zamanda heç kəsin ölmədiyi üçün “Allaha şükür edirdilər”. Bununla yanaşı, məktubda ətrafdakı tarlaların hamısının məhv olduğu deyilirdi. Meteorit nümunələrindən biri yerli  paşa tərəfindən Osmanlı sultanın sarayına göndərilmişdi.

İkinci məktub da hadisəni təsvir edir və Sultan II Əbdül-Həmid-ə bir meteoritin göndərilməsinə aiddir.

Alimlərin fikrincə, Sultanın cavabına dair sənəd tapmaq müvəffəq olmayıb, ancaq arxivləri daha çox araşdıraraq tapılacağına ümid edirlər.

Üçüncü məktub, hadisənin təsvirini təxminən təkrarlayır və yerli paşanın 1888-ci il 18 oktyabr tarixində dörd dəfə böyük vəzir vəzifəsini icra edən Osmanlı İmperiyasının dövlət xadimi Mehmed Kamil Paşaya "bir daş parçası ilə" bir məktub göndərdiyini bildirir.

Bir sıra əlamətlərə görə elm adamları bolidin təxmini istiqamətini müəyyənləşdirə və uçuşunu təsvir edə biliblər. Meteor Güləmbərdən (cənub-şərqdən) Çisana kəndinə tərəf uçub və Sulemaniyadakı piramida şəkilli bir təpəyə çarpıb  "deyə elm adamları “Meteoritics & Planetary Science” jurnalında dərc etdirdikləri məqalədə yazıblar.

Müəlliflərin fikrincə, meteoritlə bağlı xəbərin mediada deyil, böyük vəzirin xatırlandığı rəsmi hökumət yazışmalarında yer alması bu hadisənin həqiqiliyinə şübhə etməyə əsas vermir.

Tədqiqatçılar yazır: "Bu, bir insanın ölümünə səbəb olan meteoritin təsirini izah edən üç yazılı sənəddən istifadə edərək tarixdəki ilk xəbərdir". Elm adamları bu hadisənin daha bir sübutunu tapmaq üçün arxiv araşdırmalarını davam etdirməyə qərar veriblər.

 

Mənbə: www.gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR