Slimfit
  1. TEXNOLOGİYA

“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif

“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif
Sakura

“Meta”dan “Instagram” və “Facebook”da reklamlardan bezənlər üçün təklif

“Meta Platforms” korporasiyası “Facebook” və “Instagram” platformalarının istifadəçilərinə reklamı söndürmək üçün pullu seçim təklif etməyi planlaşdırır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, qiymət tətbiqin istifadə olunduğu cihazdan asılı olacaq. Hesablarına kompüterdən daxil olan istifadəçilər tərəfindən ayda təxminən 10,5 dollar (təxminən 18 manat) ödəniləcək. Smartfonlardan istifadə etməyə üstünlük verənlər üçün qiymət 14 dollar (təxminən 23 manat) civarında olacaq.

“Facebook” və “Instagram”dan pulsuz da istifadə etmək mümkün olacaq. Lakin bu halda hesab sahibi fərdiləşdirilmiş reklamı görəcək.

Yenilik bu xidmətlərin avropalı istifadəçilərinə təsir göstərə bilər.

Qeyd edək ki, Avropa İttifaqı korporasiyanı istifadəçilərin əvvəlcədən razılığı olmadan fərdiləşdirilmiş reklamları göstərmək imkanını məhdudlaşdırmaq istəyir. “Meta” yeni funksiya ilə bu qaydalardan yan keçməyə ümid edir.

Korporasiya yaxın aylarda avropalı istifadəçilər üçün ödənişli abunə tətbiq etmək planlarını rəsmən elan edə bilər.

Mənbə: The Wall Street Journal

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR