Slimfit
  1. CƏMİYYƏT

"Məstedici maddələr bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulub" - Allahşükür Paşazadə

"Məstedici maddələr bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulub" - Allahşükür Paşazadə
Sakura

"Məstedici maddələr bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulub" - Allahşükür Paşazadə tinə müraciət etdi

"Narkotik maddələr və onlara aludəçilik sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. 

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ictimaiyyətinə müraciətində deyib.

"Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur. İnsan əqlini əlindən alan, şüurunu pozan, iradəsini məhv edən, zehnini zəiflədən belə maddələrdən istifadə hər il milyonlarla insanın məhvinə səbəb olur.

Tibbi məqsədlər üçün deyil, məst, həzz, bihuş olmaq niyyəti ilə narkotik maddələrin haramlığı xüsusunda Qurani-Kərimdə belə buyurulmuşdur: “ Ey iman gətirənlər! (Sizi zəlalətə uğradan məstedici içkilər, üyüşdürücü maddələr də), qumar da, (şirkə və küfrə səbəb olan) bütlər və falçılıq da şeytan əməlindən olan murdar əməllərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (Maidə, 90). Peyğəmbərimiz Məhəmməd Salavatullahın mübarək hədislərində buyurulur: "Hər bir məstedici haramdır, çoxu məst edən şeyin azı da haramdır; İnsan ağlını məst edən hər bir şey haramdır” (Səhih Buxari, 1261-ci hədis)" - müraciətdə qeyd edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR