Dərc edildi: Baxış sayı: 676
Messinin cəzası ləğv edildi
Cənubi Amerika Futbol Konfederasiyası “Barselona” və Argentina millisinin 33 yaşlı hücumçusu Lionel Messinin cəzasını ləğv edib.
Sify.com bu barədə təşkilatın mətbuat xidmətinə istinadən xəbər verib.
Bu qərardan sonra ulduz futbolçu yığmanın oktyabrda keçirəcəyi matçlarda iştirak edə biləcək.
Xatırladaq ki, Kopa Amerika turnirində 3-cü yer uğrunda Argentina və Çili komandalarının görüşündə Qari Medellə Lionel Messi dalaşmışdı.
Hakim o zaman hər iki futbolçuya qırmızı vərəqə göstərmişdi.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət