Dərc edildi: Baxış sayı: 529
Messi zədələndi - "El-Klassiko"da oynayacaq?
İspaniya La Liqasının 22-ci turunun "Valensiya" ilə dünənki oyununda (2:2) zədələnən "Barselona"nın kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.
Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubundan verilən açıqlamada argentinalı superulduzun zədəsinin ciddi olmadığı bildirilib. Matçın 70-ci dəqiqəsində sağ ayağının bud nahiyyəsindən xəsarət alan 31 yaşlı forvardın tibbi müayinəyə ehtiyacının olmadığı vurğulanıb. Bu isə o deməkdir ki, Messi İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin "Real"la ilk oyununu buraxmayacaq.
Qeyd edək ki, kubokda ilk "El-Klassiko" fevralın 6-da, cavab görüşü isə 3 həftə sonra olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət