Slimfit
  1. İDMAN

Messi yeni rekord müəyyənləşdirib

Messi yeni rekord müəyyənləşdirib
Sakura
:0

Messi yeni rekord müəyyənləşdirib

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi La Liqanın cari mövsümündəki qol sayını 12-yə çatdırıb.

Ens.az-ın Apasport.az saytına istinadən məlumatına görə, argentinalı ardıcıl 14-cü mövsümdə çempionatda 10 və daha çox qol vurmağı bacarıb.

Bu, “Böyük beşlik”də ilkdir. İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.

32 yaşlı cənubi amerikalı bu rekordun tək sahibi kimi çox qalmaq ehtimalı yüksək deyil. Çünki portuqaliyalı Kriştianu Ronaldo 13 mövsüm 10 və daha artıq qol vurub. Cari çempionatda isə “Yuventus”un forvardı 7 dəfə fərqlənib. Daha üç qol vuracağı halda, o da L.Messiyə çatacaq.

Qeyd edək ki, argentinalı La Liqanın XVI turunun “Malyorka” ilə görüşündə (5:2) het-trikə imza ataraq qol sayını 12-yə yüksəldib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR