Dərc edildi: Baxış sayı: 435
Messi üçün həlledici gün
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin karyerasını harada davam etdirəcəyi ilə bağlı təfərrüatlar bəlli olub.
Ens.az "Report"-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun 2021-ci ilin yayınadək Kataloniya komandasında qalma ehtimalı 90 faizdir. Nəşrin yazdığına görə, bu gün Messinin klubdakı taleyi üçün həlledici olacaq.
Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət