Dərc edildi: Baxış sayı: 540
Messi Ronaldonu da geridə qoydu
Çempionlar Liqasında 2018-2019 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.
Azvision.az xəbər verir ki, bu ada "Barselona" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi layiq görülüb. Messi 10 matçda 12 qol (1-i penaltidən) vuraraq bombardirlər siyahısında birinci olub.
Duşan Tadiç ("Ayaks") 9 qolla 2-ci, Robert Levandovski ("Bavariya") 8 qolla 3-cü olub.
Qeyd edək ki, son altı mövsüm Çempionlar Liqasının ən yaxşı bombardiri olan Kriştiano Ronaldo bu dəfə 6 qolla Serxio Aquero ("Mançester Siti"), Mussa Mareqa ("Portu") ilə birgə 5-7-ci pillələri bölüşüb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət