Slimfit
  1. İDMAN

Messi qərarını faksla göndərdi - “Gedirəm”

Messi qərarını faksla göndərdi - “Gedirəm”
Sakura

Messi qərarını faksla göndərdi - “Gedirəm”

Argentina millisinin futbolçusu Lionel Messi “Barselona” karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, ulduz hücumçu İspaniya nəhəngindən ayrılmağı məqsədəuyğun sayıb.

O, qərarını faks vasitəsilə kluba göndərib. Messi müqaviləni birtərəfli qaydada pozmaq hüququndan yararlanmaq istəyir. Lakin müqavilədəki bu bəndin müddəti iyunun 10-da başa çatıb. Buna baxmayaraq, koronavirusla bağlı vəziyyət üzündən mövsümün uzanması Lionelə bu hüquqdan yararlanmaq imkanı verə bilər.

Messinin həftəsonu başlayacaq məşqlərə qatılmayacağı gözlənilir. Qərarında qəti olan cənubi amerikalının komanda ilə birlikdə koronavirus testindən də keçəməyəcəyi bildirilir.

Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR