Slimfit
  1. İDMAN

Messi növbəti turu buraxa bilər

Messi növbəti turu buraxa bilər
Sakura

Messi növbəti turu buraxa bilər

İspaniya La Liqasının 6-cı turunda “Vilyarreal” üzərində qələbə qazanan “Barselona” (2:1) kapitanı Lionel Messini yenidən itirib. “Qafqazinfo” xəbər verir ki, oyunun birinci hissəsində zədələnən argentinalı superulduz fasilədən sonra əvəzlənib.

32 yaşlı hücumçu çempionatın növbəti turunu buraxmaq təhlükəsi ilə üzləşib. Hər şeyə bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Baş məşqçi Ernesto Valverde oyun zamanı sol bud əzələsində ağrılar hiss etdiyi üçün Leonu əvəzlədiyini söyləyib. O, kapitanın “Xetafe” ilə matça qədər sağalacağına ümid etsə də, onu riskə atmayacağını da vurğulayıb.

Qeyd edək ki, “Xetafe” – “Barselona” oyunu sentyabrın 28-də keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR