Slimfit
  1. İDMAN

Messi het-triklərin sayna görə Ronaldunun La Liqadakı rekordunu təkrarlayıb

Messi het-triklərin sayna görə Ronaldunun La Liqadakı rekordunu təkrarlayıb
Sakura
:0

Messi het-triklərin sayna görə Ronaldunun La Liqadakı rekordunu təkrarlayıb

Katalon "Barselona"sının kapitanı Lionel Messi "Real"ın keçmiş hücumçusu Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Bu barədə "Report" Opta idman saytına istinadən xəbər verir.

Bildirilir ki, İspaniya çempionatının 13-cü turunun"Selta" ilə matçında argentinalı futbolçu yarış cədvəlində özünün 34-cü het-trikini rəsmiləşdirib. O, əvvəlcə penaltini dəqiq yerinə yetirib, sonra isə "keltlər"in qapısına cərimə zərbələrindən iki dəfə qol vurub.

Bu matça qədər La Liqada rekord həddə het-triklər Kriştian Ronalduya aid olub. O, 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edib. Lakin portuqaliyalı Messi ilə müqayisədə az oyun keçirib. Belə ki, Kriştian Ronaldu 292 matçda iştirak edib. Argentinalı hücumçu isə kataloniyalıların heyətində 459 dəfə meydana çıxıb. 

Argentina millisinin futbolçusu klub karyerasında qol sayına görə də Kriştianu Ronaldunu keçib. 32 yaşlı hücumçu buna kapitanı olduğu İspaniya “Barselona”sının La Liqanın XI turunda evdə “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR