Slimfit
  1. CƏMİYYƏT

Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”

Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”
Sakura

Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”

Lionel Messi kapitanı olduğu İspaniyanın “Barselona” komandasını 2013-2014-cü illərdə tərk etmək istəyib.

Report” xəbər verir ki, argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard İspaniyanın vergi orqanları ilə problem yaşadığı üçün belə bir addım atmaq barədə düşündüyünü vurğulayıb: “Vergi ilə bağlı problem yaşayanda getmək barədə düşünürdüm. Amma “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyimdən irəli gəlirdi. Heç vaxt başqa klubdan rəsmi təklif almamışam. Çünki hər kəs burada qalmaq istədiyimi bilir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR