Slimfit
  1. İDMAN

Messi “Barselona”nın futbolçularını danlayıb

Messi “Barselona”nın futbolçularını danlayıb
Sakura

Messi “Barselona”nın futbolçularını danlayıb

İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

Report” “Cadena COPE”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.

Argentinalı forvardın paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənbeh etdiyi bildirilir.

Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. “Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR