Slimfit
  1. İDMAN

Messi “Barselona”dan gedir?

Messi “Barselona”dan gedir?
Sakura

Messi “Barselona”dan gedir?

"Barselona"nın kapitanı Lionel Messi komandadan ayrılmaq qərarına gəlib.

Ens.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu klub rəhbərliyindən narazıdır. O, 2021-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. Argentinalı oyunçunun yalnız klubda ciddi dəyişikliklər ediləcəyi halda komandada qalacağı bildirilir.

Xəbərdə o da qeyd edilib ki, "İnter" 2021-ci ildə Messini transfer etmək niyyətindədir. İtaliya təmsilçisi bu keçidə görə 260 milyon avro xərcləməyə hazırdır və futbolçuya 4 illik müqavilə təklif etməyi planlaşdırır.

Xatırladaq ki, "Barselona" ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR