Slimfit
  1. İDMAN

Messi "Barselona" ilə müqaviləsində gizli bənd aşkarlandı

Messi "Barselona" ilə müqaviləsində gizli bənd aşkarlandı
Sakura

Messi "Barselona" ilə müqaviləsində gizli bənd aşkarlandı

“Barselona”nın argentinalı ulduzu Lionel Məssi ilə bağlı İspaniya mətbuatından çox danışılacaq bir iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, 32 yaşlı ulduz futbolçunun müqaviləsində maraqlı bir maddə yer alır.

Zədələnməsi səbəbindən La Liganın açılışını qaçıran Lionel Messi 14 il formasını geydiyi klubda sanki bir büt halına gəlmişdi.

2005-ci ildə müqavilə imzaladığı Kataloniya klubunda bu günə qədər düz 8 dəfə müqaviləsini uzadan Messinin, 2017-ci ildə uzatdığı son müqaviləsində yer alan bir maddə aşkar edilib.

Xəbərə görə, argentinalı futbolçu 2021-ci ildə sona çatacaq olan müqaviləsinə hər ilin iyun ayında müqaviləni ləğv edə bilməsi maddəsini qoydurub.

Oyunçunun fiziki vəziyyəti və futbol oynamaq istəyinə görə hər yay qərar vermək istədiyi iddia edilir.

Yeni saziş uzadılması istənilən Messinin hələ ki bu təklifə müsbət yanaşmadığı da bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR