Dərc edildi: Baxış sayı: 570
Messi azarkeşlərinə bəd xəbər: Mövsümün başlanğıcını buraxa bilər
“Barselona hücumçusu Lionel Messi aldığı xəsarətə görə mövsümün başlanğıcını buraxa bilər.
Bu barədə komandanın məşqçisi Ernesto Valverde “Goal” nəşrinə bildirib.
Argentinalı forvarda baldır əzələlərinin birinci dərəcəli dartılması diaqnozu qoyulub.
“O, hazırda bərpa prosesindədir və mən bilmirəm ki, o La Liqanın startına hazır olacaq, ya yox”, - deyə məşqçi bildirib.
İspaniya çempionatının Bilboada keçiriləcək birinci turunun matçında “Barselona” “Atletiko” ilə görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət