Slimfit
  1. İDMAN

Messi Argentina yığmasından 6 ayadək kənarlaşdırıla bilər

Messi Argentina yığmasından 6 ayadək kənarlaşdırıla bilər
Sakura

Messi Argentina yığmasından 6 ayadək kənarlaşdırıla bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentina millisinin oyunlarından 2 aydan 6 ayadək kənarlaşdırıla bilər.

"Report"un "TyC Sports"a istinadən verdiyi məlumata görə, səbəb kapitanın Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) tənqid etməsidir. 32 yaşlı hücumçunun işi ilə bağlı qərar gələn həftə qəbul olunacaq.

Daha əvvəl Messi Amerika Kubokunda Çili ilə 3-cü yer uğrunda görüşdə qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza və 1500 dollar cəriməyə məruz qalıb. Həmin görüşdə Argentina 2:1 hesabı ilə qalib gəlib.

Braziliyaya 0:2 hesablı məğlubiyyətlə nəticələnən yarımfinal qarşılaşmasından sonra isə o, KONMEBOL-u korrupsiyada ittiham edib. Sonradan təcrübəli forvard sözlərinə görə qurumdan üzr istəyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR