Slimfit
  1. MEDİA

Məşqçi bütün pilates sirlərini açdı: Faydası və zərərləri

Məşqçi bütün pilates sirlərini açdı: Faydası və zərərləri
Sakura

Məşqçi bütün pilates sirlərini açdı: Faydası və zərərləri

Son zamanlar xanımlar tərəfindən pilates idman növünə maraq artıb. Bu idman növü bir trendə çevrilib desək, yanılmarıq.

Oxu.Az pilates məşqçisi Gülnar Vəliyeva ilə söhbətləşib:

- Son zamanlar pilatesə maraq artıb. Neçə ildir məşqçisiniz?

- 10 ilə yaxındır ki, pilateslə məşğul oluram. Əvvəl özüm üçün pilateslə maraqlanırdım. Bakıda pilates zalına getməmişəm. Moskvada, Dubayda, Türkiyədə və digər ölkələrdə pilates təlimlərində iştirak etmişəm. Üç ildir ki, JV fitnes mərkəzində pilates müəllimi işləyirəm.

- Pilates nədir?

- Pilates alman əsilli Jozef Pilatesin adı ilə bağlıdır. Onun bu idman növünü yaratmaqda məqsədi bədən, qamət quruluşunun tənzimlənməsi olub. Pilatesdə əsas məqsəd onurğa sağlamlığıdır.

İnsanlar kompüter qarşısında oturur və onurğasında skalioz, oynaq xəstəlikləri yaranır. Pilateslə bu problemlər öz həllin tapır. Pilateslə məşğul olanda doğru nəfəs alıb-veririk, ruhumuzu dincəltməyə kömək olur, eyni zamanda, fit bədən quruluşuna malik oluruq. Bədən tez bir vaxtda sıxlaşa bilir.

- Bu idman növü ilə kimlər məşğul ola bilər?

- Azərbaycanda pilates son 4-5 ildə dəbə çevrilib. 2009-cu ildə mən pilates topu axtaranda tapa bilmirdim. Qıtlıq vardı (gülür). Amma indi hər yerdə yeni pilates mərkəzləri var, həm də alətləri rahat tapmaq olur. Yaşından, kilosundan asılı olmayaraq, hər kəs bu idman növü ilə məşğul ola bilər.

- Pilates zamanı əsas hərəkətlər necə edilir?

- Bir saat pilateslə məşğul olunursa, onun 10 dəqiqəsi isinmə hərəkətləri olur. Pilates məşqləri 40 dəqiqə vaxt aparır. Son 10 dəqiqə isə bədənin soyuması hərəkətləri edilir.

- Pilatesin orqanizmə təsiri hansı müddətdən sonra hiss etmək olur?

- Bir qadın pilatesə başlayan zaman onun bədən ölçülərini götürürük. Ay sonunda gözlə görünən qədər fərq olur. Amma bununla yanaşı, diyeta və kardio məşqləri mütləqdir. Bu, ilk növbədə insanın özündən çox asılıdır. Onun məşqə nə qədər ciddi yanaşıb, sağlam qidalanması mühüm amildir.

Fitnes, pilates, tennis  və digər idman növləri ilə məşğul olmağından asılı olmayaraq, diyeta ən önəmlisidir. Belə deyək ki, 70 faiz diyeta, 30 faiz isə məşqdir. Diyeta saxlamadan gün ərzində zalda oturulsa, heç bir nəticə olmayacaq. Biz birinci sağlam qidalanmaya keçməliyik. Demirəm ki, hər şeydən imtina edilsin.

Sağlam qida, bol su içmək, şəkəri, şirniyyatı qida rasionundan çıxarmaq lazımdır. “Fast food”dan uzaq durmaq və kardio məşqləri etmək lazımdır. Bundan sonra bütün idman növünün təsirini görmək olar. İdman növü bizim əzələyə kömək edir, artıq piydən azad olmaq üçün diyeta şərtdir.

- Bəzi insanlar evdə məşq edir. Sizcə, bu, nə dərəcə düzgündür?

- Evdə məşğul olmaq olar. Bizim pilatesdə ən çox önəm verdiyimiz onurğa sağlamlığıdır və bel boşluğuna ağırlıq düşməməlidir. Pilateslə məşğul olarkən kənardan nəzarət etmək vacibdir. Ola bilər ki, kimsə hərəkətləri düzgün etdiyini düşünür, amma  bu, yanlış da ola bilər.

Evdə edilən səhv bir hərəkət bədəndə problem yarada bilər. Tövsiyəm odur ki, ilk 2-3 ayı pilates mərkəzində məşğul olsunlar. Ondan sonra hərəkətləri düzgün edirlərsə, evdə davam edə bilərlər. Niyə də yox?

- Deyirlər, axşam 18:00-dan sonra yemək yeyilməsə, insan kökəlməz.

- Təsəvvür edin, axşam 18:00-da yemək yemirsən, su içmirsən, səhər 08:00-da yemək yeyirsən. Orqanizm buna dözə bilər? Bu zaman  hormonlar  pozulur. Axşam 18:00-da yeməyi kəsmək yox, yalnız zülal tərkibli qidalar yemək lazımdır. Bunlar – kəsmik, tərəvəz, qaynadılmış yumurtanın bəyazı və sair ola bilər. Axşamlar meyvə yeməyi tövsiyə etmirəm. Çünki meyvədə şəkər var və günorta 15:00-16:00 kimi yeyilsə, daha yaxşı olar.

- Düzgün edilməyən pilatesin fəsadları nədir?

- Hərəkətə fikir verilməsə, onurğada problemlər yaranacaq. Tələbələrə dərs keçən zaman deyirəm ki, hərəkəti edin, amma onurğaya ağırlıq düşən zaman hərəkəti saxlamaq lazımdır. Çünki bizə əzələyə işləmək lazımdır.

- Pilateslə həftədə neçə dəfə məşğul olmaq lazımdır?

- Həftədə 2-3 dəfə məşğul olmaq lazımdır.

- Bəs tələbələrdə nədən narazısınız?

- Disiplinli deyillər, qidalarına fikir  vermirlər. Elə vaxt ola bilər ki, qidaya fikir verməmək olar. Bir həftə içində “fast food”la qidalandınız.  Amma qalan günü onu pozmayın. Məşqə bir ay gəlib, “effekt ala bilmədim” demək də düzgün deyil.

Məşqin dörd-beş ayında artıq ideal bədən forması almaq mümkündür. Tələbələr əvvəl-sonra şəkillərini paylaşmağa da icazə vermirlər. Çox adam bunun səbəbini əvvəlki şəkillərinin kiminsə görməsini istəməsi ilə izah edir. Amma komplekssiz olmaq lazımdır.

- Pilateslə maraqlananlar üçün məsləhətiniz nədir?

- Özlərinə inansınlar. Əgər pilates və digər idman növü ilə məşğul olmaq istəyirlərsə, vaxt itirmədən bunu etsinlər. Bu diyetada da belədir. Pilates çox qısa bir zamanda fərqi hiss ediləcək idman növüdür.

- Bəs həm fitnes, həm pilates etmək mümkündürmü?

- Əlbəttə, olar. Bu tənzimlənmiş şəkildə olmalıdır.

- Pilateslə məşğul olan yaşlı tələbələriniz varmı?

- Mənim 67-70 yaşında tələbələrim var. Onlar çox intizamlıdır.

- Bəs pilates sahəsində məqsədiniz nədir?

- Sırf pilates və yoqa mərkəzləri açmaq mərkəzindəyəm. Bu planlarımı  2020-ci ilin ilk aylarına planlayıram. Çünki çox xanım fitnes zallarının içində fəaliyyət göstərən pilates zalına yönəlmirlər. Onlar bu sahə üzrə olan xüsusi mərkəz axtarırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR