Slimfit
  1. AZƏRBAYCAN

Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”

Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”
Sakura

Məşhurların Nərminin ölümü ilə bağlı fəryadı: “Belə cinayətləri törədənlər güllələnməlidir”

 Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın ölüm xəbəri hamını dərindən sarsıldıb. Bir çox məşhurlar sosial şəbəkə hesablarında qandonduran hadisə ilə bağlı fikirlərini yazaraq, dərin kədər hissi keçirdiklərini qeyd ediblər.

Oxu.Az-ın əməkdaşı dəhşətli olayla bağlı şərh almaq üçün Xalq artisti Nazpəri Dostəliyeva və müğənni Nadir Qafarzadə ilə əlaqə yaradıb.

Hər iki məşhur törədilmiş cinayət hadisəsindən çox təsirləndiklərini bildirib və mütəəssir olduqlarını dilə gətiriblər:

“Ürəyim parça-parça olur. Sözün bitdiyi yerdir. İnsan söz tapmır ki, bu müsibətə nəsə desin. Ermənilər bizim körpələrimizi, cavan gəlinlərimizi bu cür işgəncə verə-verə öldürüblər. Bu hadisənin özümüzünkü tərəfindən törədilməsi dəhşətdir. Çox pisəm.

Allah bu günləri bir də bizim xalqımıza göstərməsin. Bu cür peşmanlıqları nə görək, nə də eşidək. Dünəndən dünyam qaraya boyanıb. Özümə yer tapa bilmirəm. Bu uşağın nə günahı var idi? Tanrıdan bir də bu cür ürəkdağlayan hadisələrə şahid olmamağımızı diləyirəm”, -  deyə Xalq artisti Nazpəri Dostəliyeva bildirib.

Müğənni Nadir Qafarzadə isə qeyd edib ki, Nərminin heç bir günahı yox idi:

“Onun yaşı belə imkan vermir ki, hansısa bir günah iş görsün. Bu vəhşiliyi törədən cinayətkara deməyə söz tapa bilmirəm. Heç bir ağla, vicdana, qeyrətə, insanlığa sığmayan hərəkətdir. Bu mələk nə etdi axı sizə?! Bu yolla olmayan kişiliyinizi, gücünüzü göstərmək istəyirdiniz?

Düşünürəm ki, Azərbaycanda bu cür cinayətləri törədənlər güllələnməlidir. Həmin şəxsə təxminən 15-20 ilə qədər iş verəcəklər. Çıxıb yenə də kefini çəkəcək. Amma bir qızcığazın həyatı məhv oldu. Ona görə də qanuna “güllələnmək” cəzası əlavə olunmalıdır.

Bu kimi cəza növləri qanuna tətbiq edildikdən sonra, bəlkə, cinayət və onları törədənlərin sayı azalar. Çox əsəbiyəm, inanın bu xəbəri eşidəndən özümdə deyiləm. Bu dəhşətdir. Mən söz tapa bilmirəm. Bu hadisəni düşmən yox, özümüzünkü edib. Acınacaqlı bir vəziyyətdir”.

Rəşad Əliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR