Slimfit
  1. MARAQLI

Məşhur yazıçılarla bağlı bilmədiklərimiz

Məşhur yazıçılarla bağlı bilmədiklərimiz
Sakura

Məşhur yazıçılarla bağlı bilmədiklərimiz

Nə qədər mütaliə həvəskarı olsanız da, bu faktları yəqin ki, bilmirdiniz.

Publika.az yazıçıların həyat və yaradıcılığı haqda ən maraqlı məqamları təqdim edir.

Puşkin ziyafətlərdə sevimli xanımından gen gəzirdi. Səbəb isə aralarında olan 10 sm boy fərqi idi. Amma böyük şairin kiçik boyu qadınların qəlbini fəth etməkdə ona mane olmurdu.

Mayakovski yazıda orfoqrafik düzəni sevmirdi, hətta bəzən bu mürəkkəb dünyada azıb qalırdı. Şeirlərindəki pərakəndəliyin əsas səbəbi də budur.

Günlərin bir günü Artur Konan Doyl ən məşhur personajı Şerlok Holmsdan bezir. Lakin oxucu auditoriyasının sərt reaksiyasından qorxub, Holmsun ölüm hökmünü vermir. Anası Artura bildirir ki, Şerlok ölsə, oğlunu bağışlamayacaq.

Elmlər Akademiyasında araşdırma aparan Lomonosov alman alimlərinə qarşı qalmaqallı hərəkətlərinə görə ölüm hökmü alır. Hökm qüvvədən düşsə də, alim almanlardan üzr istəmək məcburiyyətində qalır.

Bir gün Turgenevin səyahətə çıxdığı gəmidə yanğın başlayır. Yazıçı uşaqları, qadınları sərt şəkildə itələyərək, hətta alovun ağzına ataraq ölümdən qurtulur. Bir müddət sonra qəlbini didən vicdan əzabı ona “ Dənizdə yanğın” əsərini yazdırır.

Krılov təmizlik və səliqə ilə düşmən idi. Bir dəfə tənbəl şair maskarada dəvət alır. Dostlarından nə geyinəcəyi ilə bağlı tövsiyə istəyir. Cavab isə belə olur:” İvan Andreyeviç, yaxşıca yuyunub, özünüzü səliqəyə salın. Əmin olun sizi kimsə tanımayacaq".

Heminquey iki avtoqəzadan sağ çıxmışdı. Dəri xərçəngi, malyarıya, hepatit, diabet kimi xəstəliklər üzərində qələbə çalmışdı ki, 62 yaşının astanasında özünü güllələyib ölsün.

“Balıqçı və balığın nağılı” əsəri Puşkinin adı ilə bağlıdır. Əslində isə şair süjet xəttini Qrimm qardaşlarından götürmüşdü.

Gizlin deyil ki, Edqar Po ölümündən sonra daha çox məşurlaşmışdı. Səbəb isə onun yaradıcılığına nifrət edən Rufus Qrisuoldun mərum yazar haqda söylədiyi qara fikirlər idi.

Nobel mükafatı laureatı İosif Brodski yazıçılıq karyerasından əvvəl morqda yardımçı, matros və tərcüməçi kimi fəaliyyət göstərmişdi.

Oskar Uayld deyirdi ki, öpüş insan həyatını darmadağın edə bilər. Klassik öləndən sonra pərəstişkarları məzar daşını öpə-öpə çökdürürlər.

Kafkaya dünya şöhrəti gətirən əsas faktor dostunun xəyanəti idi. Belə ki, vəsiyyətində dostundan rica edir ki, bütün əlyazmalarını yandırsın. Maks Brod adlı xəyanətkar isə bizə Kafka nəhəngliyində ədəbiyyat xəzinəsi bəxş etdi.

Leyla Sarabi

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR