Slimfit
  1. TÜRKİYƏ

Məşhur türkiyəli qadın aparıcı PKK-nın mağarasına girdi: Gördüklərindən heyrətə gəldi

Məşhur türkiyəli qadın aparıcı PKK-nın mağarasına girdi: Gördüklərindən heyrətə gəldi
Sakura

Məşhur türkiyəli qadın aparıcı PKK-nın mağarasına girdi: Gördüklərindən heyrətə gəldi

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam etdiyi müddətdə, təmizlənmiş bölgədən yayımlanan görüntülər gündəm olub.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az Sondakika.com-a istinadən bildirir.

Məlumata görə, xüsusilə Metina və Zap bölgələrində PKK-ya aid bir çox tunel ələ keçirilib. "CNN Türk" kanalının xüsusi xəbərlər üzrə rəhbəri Fulya Öztürk ələ keçirilən tunellərdən birinə girib və gördükləri qarşısında heyrətə gəlib.

Kiçik girişi olan tuneldə hamam, tualet və xəstələrin müalicə olunduğu otaqlar diqqət çəkib. Çirk içində olan tuneldə görüntüləri izləyənlər - "İnsan burada necə yaşaya bilər?" - sualını verməkdən özlərini tuta bilməyiblər.

Dar girişdən əsgərlərin köməyi ilə çətinliklə də olsa mağaraya daxil olan Fulya Öztürk həmin an hisslərini belə ifadə edib:

"Budur, siçan kimi burada gizlənirdilər. Türk əsgərlərinin onları görmədiyini düşünürdülər. Mağara yaradıblar, tunel yaradıblar. Belə bir yerdə yaşamağa üstünlük verən bir terror təşkilatı var. Türk əsgəri onları yuvalarında basdırır. Hər yerə girir türk əsgər. Əsgərlərimiz bu mağaradakı pusquları və bombaları təmizlədilər. Olduqca uzun bir tuneldən ibarətdir mağara. Tunelin bir çox nöqtələrində kiçik otaqlar var".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR