Slimfit
  1. AZƏRBAYCAN

Məşhur türk spiker Bakını yerə-göyə sığdırmadı

Məşhur türk spiker Bakını yerə-göyə sığdırmadı
Sakura

Məşhur türk spiker Bakını yerə-göyə sığdırmadı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə prezident Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyəti ilə birlikdə Bakıya gələn tanınmış jurnalist Əhməd Hakan şəhərimiz haqqında təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, tanınmış xəbər aparıcısı duyğularına "Önəmsəməyərək getdiyim Bakıdan utanaraq qayıtdım" sözləri ilə başlayıb. O, Bakıda çəkdiyi fotoları da məqaləsində istifadə edib.

Qafqazın “Parisi" deyəcəyəm, amma Parisi tərifləmiş olaram deyə narahatam.

Bizim Nişantaşı var ha. Onu 40-a vurun. Bakıda məhz elə bir Nişantaşı var.

Küləklər şəhəri" deyirlərmiş Bakıya. Vallah doğru deyirlər.

Hər şey necə də yeni və keçmişə hörmət necə də ləyaqətli idi, məəttəl qaldım.

Çayı mürəbbəylə içirlər ki, Bakıda. Elə mənimsədim ki, mən də artıq çayı mürəbbəylə içirəm.

Samovar var ha, samovar... Onun ana vətəni məhz Bakı imiş.

Bir-birindən gözəl və möhtəşəm binalar üçün “Hamısı makiyaj, hamısı geyindirmə" filan deyirlər. Belə makiyaja can qurban!

 

 

 

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR