Məşhur stadiona Ronaldonun adı verilir
“Sportinq”in “Jose Alvalade” stadionuna hazırda “Yuventus”da çıxış edən Kriştiano Ronaldonun adı veriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb.
Lissabon təmsilçisinin yetirməsi olan Ronaldonun şərəfinə stadionun adını “Jose Alvalade CR7” kimi dəyişdirəcəyi iddia olunur. Bununla “Sportinq”in əlavə gəlir əldə etmək istədiyi bildirilir.
Qeyd edək ki, Portuqaliya millisinin 34 yaşlı hücumçu “Sportinq”in müxtəlif aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. 1 il müddətdə 28 oyunda meydana çıxan Ronaldo 3 qol vurub, 1 qol ötürməsi edib. Bir çox Avropa nəhənglərinin diqqətini çəkən Kriştiano mövsümün sonunda 19 milyon avro qarşılığında 2003-cü ildə “Mançester Yunayted”ə keçib.
Əlavə edək ki, “Jose Alvalade” Portuqaliyada məşhur stadionlardandır. Açılışı 2003-cü ildə - Ronaldo “Sportinq”i tərk etdikdən sonra olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət