Slimfit
  1. DÜNYA

Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı

Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı
Sakura

Məşhur silah baronu: Putin məhv olan dövləti geri qaytardı

Vladimir Putin rusların əlindən 1990-cı illərdə alınan dövləti onlara geri qaytardı.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında ABŞ-da həbs həyatı yaşayan rusiyalı silah baronu Viktor But deyib.

“Putin dövrünün hansısa qərarlarını qəbul edib-etməmək olar, amma bu uğurunu ondan ala bilməzsən. Putin bizə 90-cı illərdə əlimizdən alınan dövləti geri qaytardı”, – deyə o bildirib.

O, sovet dönəmində dövlətçi olduğunu və Putinin dövründə özünü yenidən dövlətçi hesab etdiyini söyləyib:

“Mən yenidən dövlətçiyəm, ona görə ki, dövlət geri qayıdıb. Zaman var idi ki, bu dövlət yox idi. Biz rusiyalılar, ümumiyyətlə, slavyanlar dövlətçiyik, bizə başqa həyat tərzi yaraşmır”.

Qeyd edək ki, But məşhur rusiyalı silah baronudur. But Kolumbiyanın FARC terror təşkilatına silah satdığı üçün 2008-ci ildə Tailandda həbs edilərək, ABŞ-a göndərilib.

But Əfqanıstana (Rəbbani hökumətinə - red.), Toqoya, Ruandaya, Anqolaya, Liberiyaya, Syerra Leoneyə, Talibana və Əl Qaidəyə silah satmaqda ittiham edilir. 2011-ci ildə Liviyanın bombalanmasından sonra ələ keçirilən materiallarda Butun adıçəkilən dövlətlər və təşkilatlarla əlaqə qurduğu ortaya çıxmışdı. Vaşinqton indiyə qədər Butu dünyanın ən güclü silah qaçaqmalçısı hesab edir.

2008-ci ildə Buta 25 il həbs cəzası verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR