Dərc edildi: Baxış sayı: 879
Məşhur şempanzenin rəsmləri hərraca çıxarılacaq
Bütün dünyanın tanıdığı, rəssamlığı ilə məşhurlaşmış şempanze Konqonun əsərləri hərraca çıxarılacaq.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, 1954-ci ildə doğulan Konqo dünyanın ən məşhur meymunlarından biri idi. Məşhur ingilis elm adamı, antropoloq Desmond Morris tərəfindən sahiblənilən Konqo hələ iki yaşında ikən əlinə aldığı qələmlə rəsmlər çəkməyə başlayıb.
Hazırda 91 yaşında olan Desmond Morrislə birlikdə ingilis televiziya kanalı "İTV"də bir proqramı olan Konqo sadəcə öz ölkəsində deyil, bütün dünyada məşhurlaşmışdı. 2 yaşından 4 yaşına qədər 400-ə yaxın rəsm çəkən 10 yaşında vərəm xəstəliyinə yaxalanaraq həyatını itirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət