Slimfit
  1. DÜNYA

Məşhur pizza şirkətinin yeni şəriki

Məşhur pizza şirkətinin yeni şəriki
Sakura

Məşhur pizza şirkətinin yeni şəriki

Domino’s Pizza Eurasia”dan Rusiya ərazisində şirkətin  idarəedilməsi və inkişafı haqqı əldə etmək məqsədi ilə  Amerika fondu “Kora Management” araşdırma aparır.

Fins.az-ın məlumatına görə,şirkətdən 5%-lik səhmin alınması 8,5 milyon dollar qiymətləndirilir. Vasitələrin cəlbi “Domino’s Pizza”nın Rusiya ərazisində genişlənməsinə təsir edə bilər. Bu məsələ daha əvvəl partnyorlar arasındakı konfliktə görə, sual atında qalmışdı.

“Kora Management” Rusiya, Braziliya, Hindistan, Çinin inkişaf edən bazarlarında ixtisaslaşıb.

“Fridom Finans”ın məlumatına görə, 2018-ci ilin sonunda fondun aksiyalar portfelinə Rusiyanın “Yandex”, Çinin onlayn platforması JD.com, Vipshop və 58.com, proqram təminatı istehsalçısı SEA Ltd və s. daxil olub. DP Eurasia bu gün Rusiya bazarında 180 restoranı idarə edir, onlardan 119-u Moskva şəhərində yerləşir. Perspektivdə şirkət ölkədə 1,5 minə qədər pizza restoranı açmağı planlaşdırır.

“Fridom Finans”ın analitik şöbəsinin müdiri Vadim Merkulov isə deyir ki, “Kora Management” vasitələrinin bir hissəsini Domino’s-un Rusiyada marketinq kampaniyalarının maliyyələşməsinə xərcləyəcəyini proqnozlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR