Dərc edildi: Baxış sayı: 628
Məşhur milyarder varidatını onlara verəcək
Həyat əbədi deyil. Mənə bu yolda bir çox insan yardım edib. Ona görə də səhmlərimi ailəm və top-menecerlərimə bağışlamaqla onlara yardım etmək istəyirəm.
Axar.az xəbər verir ki, bu sözləri milyarder Əlişir Usmanov “Faynənşl Tayms” nəşrinə açıqlamasında deyib.
O, varidatının yarısını doğmalarına, yarısını isə buna layiq olan əməkdaşlarına bağışlamaq istədiyini dilə gətirib.
“Mənim təbiətim belədir. Əgər tale sizə nəyisə bəxş edibsə, bunu paylaşmalısınız”, - deyə o bildirib.
Qeyd edək ki, Əlişir Usmanov “USM Holdings” şirkətinin yaradıcısı və əsas səhmdarıdır. Usmanovun varidatı 12,6 milyard dollar dəyərində qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət