Dərc edildi: Baxış sayı: 758
Məşhur Kraviçe şəlaləsi Avropanın iyirmi ən gözəl məkanından biri seçilib
Bosniya və Herseqovinanın məşhur Kraviçe şəlaləsi Avropanın 20 ən gözəl məkanından biri seçilib.
AZƏRTAC Bosniya və Herseqovina mətbuatına istinadla xəbər verir ki, ölkənin ən böyük və ən valehedici şəlalələrdən biri olan Kraviçe dünyanın hər yerindən xeyli sayda turistin üz tutduğu kurort zonasıdır.
Ölkənin incisi hesab edilən Kraviçe rekord sayda turist qəbul edir və təkcə bu il 100 min nəfərin şəlaləyə baş çəkdiyi təxmin edilir. Bura yerli turistlərlə yanaşı Xorvatiya, İtaliya, Macarıstan, Çexiya, Polşa və ərəb ölkələrindən xeyli sayda turistlər gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət