Məşhur kinofestival virusa görə təxirə düşdü
Koronavirus bir-birinin ardınca beynəlxalq tədbirləri sıradan çıxarır. İndi də məşhur kinofestivalın təxirə düşdüyü məlum olub.
Ens.az Bizimyol.info.-ya istinadən xəbər verir ki,xəbər verir ki, bu il Kann festivalı baş tutmayacaq. Böyük kino hadisəsinin nə vaxt olacağı, hansı müddətə təxirə salındığı dəqiq bilinmir. Təkcə o məlumdur ki, ilin sonuna qədər mərasimin həyata keçirilməsi mümkün deyil.
Təşkilatçılar filmləri hər hansı formada təqdim etmək istəyir. Siyahı “Kann-2020” adlanacaq. Filmlər payızda Toronto kinofestivalında, San-Sebastyanda, Anqulemdə, Venesiyada, Nyu-Yorkda, Dovildə, Pusanda və Lionda nümayiş olunacaq.
“Variety”nin yazdığına görə, Venesiya festivalı da təxirə düşmək taleyi ilə qarşılaşlıb. Bununla bağlı qərar mayın sonunda veriləcək.
Kann festivalının keçirilməsinə Fransada tətbiq olunan karantin rejimi imkan vermir. Ölkədə yayın sonuna qədər vəziyyətin tam qaydaya düşəcəyi ehtimal edilmir.
Kann festivalı ilk dəfə 1946-cı ildə keçirilib. 1948-ci və 1950-ci illərdə vəsait çatışmazlığı üzündən baş tutmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət